

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücüdə və kanal üzərində yerləşən körpüdə təmir işləri aparılacaq.
"APA-Economics" xəbər verir ki, təmirlə əlaqədar, avtomobil yolunun qeyd edilən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.