ICAO Astananı AZAL-ın təyyarəsi üzrə araşdırmada beynəlxalq tələblərə tam riayət etməyə çağırıb Hadisə

ICAO Astananı AZAL-ın təyyarəsi üzrə araşdırmada beynəlxalq tələblərə tam riayət etməyə çağırıb

“AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı ilk gündən ölkəmiz hadisə ilə bağlı obyektiv və hərtərəfli araşdırmanın aparılmasında maraqlı olub”.

APA xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolya Rallo ilə görüşdə bildirib.
ICAO və beynəlxalq konvensiya: Qəzanın səbəbləri araşdırılır

ICAO rəsmisi isə aviaqəzanın baş vermə səbəbləri ilə bağlı istintaqın ilkin hesabatının qısa müddətdə açıqlanmasını yüksək qiymətləndirib.

Yekun hesabat nə zaman açıqlanacaq? – Rəsmi mövqelər

Rallo rəsmi Astananı araşdırmalar zamanı Beynəlxalq Mülki Aviasiya Konvensiyasının tələblərinə tam riayət etməyə çağırıb.

Qeyd edək ki, hadisənin baş vermə səbəblərini araşdıran Komissiyanın yekun hesabatı Çikaqo Konvensiyasına uyğun olaraq bu ilin sonunadək açıqlanacaq.