Gəncədə yaşayış binasında güclü yanğın baş verdi Hadisə

Gəncədə yaşayış binasında güclü yanğın baş verdi

18:33

Gəncədə yaşayış binasında yanğın başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.

Yanğının səbəbləri və digər məsələlər araşdırılır.