

6 Mart 13:14
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Svetlana Məmmədova və Rafet Fərzəliyev xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasına uğrayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib.
Qeyd olunub ki, S.Məmmədova hadisə yerində dünyasını dəyişib, R.Fərzəliyev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.