Biləsuvar sakini naməlum şəraitdə güllələndi Hadisə

Biləsuvar sakini naməlum şəraitdə güllələndi

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.

Xalqcebhesi.az-ın Report-a istinadən məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.