
Balakəndə 3 yaşlı uşaq su vannasında boğularaq ölüb.
APA-nın bölgə bürosu xəbər verir ki, hadisə Balakən rayonunun Hənifə kəndində baş verib.
Kənd sakini 2022-ci il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub ölüb.
Araşdırma aparılır.