

İranda Novruz çərşənbələrində 186 nəfər xəsarət alıb, 3 nəfər ölüb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar İdarəsinin sözçüsü Babək Yektapərəst bildirib.
Bu il fevralın 18-dən martın 9-na kimi Novruz çərşənbələri ilə bağlı baş verən hadisələrdə 186 nəfər xəsarət alıb, onlardan çox təəssüf ki, 3 nəfər aldığı xəsarətlərdən həyatını itirib. 22 nəfər amputasiya olunub, 30 nəfər gözündən, 91 nəfər isə yanıq xəsarətləri alıb”, - o əlavə edib.
Onun sözlərinə görə, yaralılardan 30-u hələ də xəstəxanadadır.
Ən çox yaralanan 51 nəfərlə Şərqi Azərbaycan vilayətindədir.