Sabah Bakının bu kəndində qaz olmayacaq Hadisə

Sabah Bakının bu kəndində qaz olmayacaq

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.