Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi Hadisə

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova və övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü., 2021-cü il təvəllüdlü M. və F. hamamda çimərkən dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.