

Ağstafada yol kənarında Gəncə şəhər sakini 1959-cu il təvəllüdlü E.Əhmədovun meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
İlkin məlumata görə, E.Əhmədov ürək tutmasından vəfat edib.
Mərhum Gəncədən Ağstafaya qızı gilə qonaq gedirmiş. Faktla bağlı araşdırma aparılır.