
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
16:04
Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində, həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahəsində yanğın olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.