Bu rayon DYP-sinə yeni rəis təyin edildi Hadisə

Bu rayon DYP-sinə yeni rəis təyin edildi

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Xalqcebhesi.az-ın APA-ya istinadən məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elnur Quliyev həmin bölməyə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.