Rəna Nəsirovaya yeni vəzifə verildi Hadisə

Rəna Nəsirovaya yeni vəzifə verildi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tədbirlərin təşkili, beynəlxalq münasibətlər və protokol, İctimaiyyətlə əlaqələr və kommunikasiya, turizmin inkişafı, layihələrin idarəolunması kimi sahələrin kurasiyası üzrə Aparat rəhbərinin müavini vəzifəsinə yeni təyinat olub.

Xalqcebhesi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Rəna Nəsirova təyin edilib.

Bu vəzifəsinə qədər o, "SOCAR RUS" şirkətində Administrasiya rəhbəri vəzifəsində olub.

Bundan başqa, Rəna Nəsirova 2013-2020-ci illərdə AzTV-də (Azərbaycan Televiziya və Radio Verilişləri QSC) İngilis dili xəbərlərinin aparıcısı, müxbir qrupunun rəhbəri, 2020-2023-cü illərdə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində İctimaiyyətlə əlaqələr üzrə koordinator, 2023-cü ildən isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb.