
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
Azərbaycanda hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramların və tədbirlər planlarının təsdiq edilməsi və icrası nəzərdə tutulub.
“APA-Economics”in xəbərinə görə, bu Prezident İlham Əliyevin Sərəncamı ilə təstiqlənən “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”da öz əksini tapıb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planı çərçivəsində hava limanlarında (aeroportlarda) rəsmiyyətin sadələşdirilməsi ilə bağlı mübadilə və mühafizə edilən məlumatların yayılmasının qarşısının alınması nəzərdə tuttulub ki, bunun nəticəsində qeyd olunan məlumatların mühafizəsinin normativ hüquqi aktların tələblərinə uyğun olaraq təmin edilməsi məqsəd kimi qoyulub.
Bununla yanaşı, tədbirlər planında hava limanlarında (aeroportlarda) göstərilən xidmətlərin əlilliyi olan şəxslər tərəfindən təhlükəsiz və rahat yerinə yetirilməsinin təmin edilməsi məqsəd kimi müəyyən edilib (2025-2030-cu illərdə).
Bununla belə, tədbirlər planı çərçivəsində hava limanlarında (aeroportlarda) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ndə iştirak edən dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılmasıda nəzərdə tutulub (2025-2030-cu illərdə).