

11 Mart 22:49
11 Mart 19:51
Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Ojakəran kənd sakini 1996-ci il təvəllüdlü Röyal Kazımzadənin etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C-klass" markalı avtomobili ilə rayonun S.Vurğun küçəsi ilə hərəkət edərkən, həmin küçə istiqamətində yolu keçən 1976-ci il təvəllüdlü Orçivan qəsəbəsi sakini Fuad Nuriyevi vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Astara RPŞ-nin İB-da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.