“Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrılıb” Hadisə

“Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrılıb”

“Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrılıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir Əli Əsədov deyib.
Əli Əsədov bildirib ki, bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub: “Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub”.