Zahid Oruc: Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər Hadisə

Zahid Oruc: Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər

Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur: “Mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur".