Millət vəkili Elçin Mirzəbəyli növbəti qəbul keçirib Hadisə

Millət vəkili Elçin Mirzəbəyli növbəti qəbul keçirib

Martın 15-də millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə Ərəbsarvan kəndində gerçəkləşdirib.

Vətəndaş müraciətlərində yer alan məsələlərin bir hissəsinin yerli və regional təsisatların dəstəyi ilə yerindəcə həll olunduğunu qeyd edən millət vəkili əlavə edib ki, digər müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.

Elçin Mirzəbəyli vətəndaş qəbuluna verdikləri dəstəyə görə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevaya və İcra Hakimiyyətinin əməkdaşlarına minnətdarlığımı bildirib.