Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir Hadisə

Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.

Layihəyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.