
“Proseslər getdikcə daha kəskin hal alır”
18 Mart 14:07
18 Mart 14:07
17 Mart 14:16
17 Mart 11:36
17 Mart 10:40
Nikah müqaviləsi məcburi olmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, Azərbaycanda nikah müqavilələri könüllüdür: "Mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır. İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Ona görə nikah müqaviləsində məcburi elementləri bura tətbiq etməliyik. Bundan sonra heç bir şəxs hansısa şəkildə apardığı əşyaların geri qaytarılması tələbi ilə bu qədər uzun mübahisəyə girməyəcək. Bu məsələlər bir də qisas xarakterli amilə çevirilib. Bir çox hallarda həmin əşyalara ehtiyac olmasa da, prinsip onun alınması üçün ailə dəyərləri üzərində manipulyasiya edilməsinə səbəb verir. Bu, insanlar arasında barışmaz ziddiyyətlər yaradır. Belə nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Avropada bu praktika var. Avropada bizim bu “gözəl” adətlərin bir çoxu yoxdur. Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu, qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz".