
“Proseslər getdikcə daha kəskin hal alır”
18 Mart 14:07
Zəfər Kərimov: “Eyni zamanda təşkilatın dəyərləri və liderlərin əsas prinsipləri ilə müəyyən edilir”
Nizami Kino Mərkəzində CİBS şirkəti və onun təsisçisi Təbriz Hacinski tərəfindən forum təşkil olunub.
Forum ölkənin aparıcı biznes liderlərini, dövlət qurumlarının nümayəndələrini və akademik mütəxəssisləri bir araya gətirib. Bu forum ilk dəfə keçirilsə də, iş dünyası və idarəetmə sahəsində mühüm platforma yaradıb.
Forum çərçivəsində fərqli sahələrdən 13 spiker müxtəlif mövzularda çıxış ediblər. Tədbirdə liderlik, biznes strategiyaları, idarəetmə modelləri, innovasiya və şəxsi inkişaf kimi mövzular müzakirə olunub. Hər spiker öz sahəsində olan təcrübələri bölüşərək, iştirakçılara yeni yanaşmalar təqdim edib.
Business Networking Forum çərçivəsində Bravo Marketlər Şəbəkəsinin Nəqliyyat və Distribusiya Şöbəsinin rəhbəri Zəfər Kərimov liderlik mövzusunda çıxış edib.
Zəfər Kərimov öz çıxışında liderliyin ənənəvi idarəetmə yanaşmalarından fərqləndiyini vurğulayıb və "Liderlik güc tətbiq etmək deyil, gücünü hiss etdirməkdir" prinsipinin əhəmiyyətini izah edib.
Çıxış zamanı liderlik konsepsiyalarına dair üç əsas təsnifat müzakirə olunub:
- Ruhlandıran Liderlik – İnsanları inandıran və onları məqsədə doğru ruhlandıran liderlər.
- Situasiyaya Görə Liderlik – Fərqli vəziyyətlərdə çevik idarəetmə üslubu tətbiq edən liderlər.
- İşgüzar Liderlik – Struktur, sistem və proseslərə əsaslanan effektiv liderlər.
Bu yanaşmaların hər biri təqdimatda dünya və yerli nümunələrlə izah edilib və liderliyin real biznes və idarəetmə kontekstindəki rolu vurğulanıb. Güclü lider bu 3 təsnifatı özündə birləşdirən bir liderdir.
Təqdimatın ən maraqlı hissələrindən biri auditoriyanın fəal iştirakı ilə keçən sual-cavab sessiyası olub. McKinsey/Gallup modelinə əsaslanan işçi kateqoriyalarının bölgüsü müzakirə edildikdə, iştirakçılar öz komandaları üzərində tətbiq edə biləcəkləri praktiki yanaşmaları paylaşıblar. Bu, tədbirə daha interaktiv və təcrübə yönümlü xarakter verib. McKinsey və Gallup araşdırmalarına görə, əməkdaşlar əsasən 4 kateqoriyaya bölünür:
-Yalnız deyiləni edənlər – 60%
-Deyiləndən az iş görənlər – 15%
-Söyləmədən edənlər – 20%
-İlham verənlər – 5%
O çıxışında ideal komanda qurmaq üçün liderlər "ilham verənlər"in sayını artırmalı, "az iş görənlər"i isə inkişaf etdirməlidirlər deyə vurğulayıb.
Çıxışının sonunda Zəfər Kərimov, “PAŞA Holding”-in 2025-ci ildən etibarən rəhbərlərin hazırlanması üçün həyata keçirdiyi "Liderlik DNT"-si proqramına toxunub. O, Bravo Marketlər Şəbəkəsinin də PAŞA Holdinqin tərkibində olduğunu və bu proqram çərçivəsində liderlərin yetişdirilməsinə xüsusi önəm verdiyini qeyd edib. "Liderlik DNT-miz sadəcə bir nəzəri model deyil, eyni zamanda təşkilatın dəyərləri və liderlərin əsas prinsipləri ilə müəyyən edilir. Lider olmaq yalnız idarəetmə bacarığı ilə deyil, daim öyrənmək, fərdi inkişaf etmək və komandanın gücündən düzgün istifadə etməklə mümkündür",-deyə vurğulayıb.
CİBS şirkəti tərəfindən təşkil edilən və ilk dəfə keçirilən Business Networking Forum, liderlik və idarəetmə sahəsində real təcrübələr və yeni yanaşmaların paylaşılması üçün önəmli bir platforma olub.
Tədbir iştirakçıları bu cür müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar və gələcəkdə yeni görüşlərin təşkil olunmasını arzuladıqlarını bildiriblər.