

20 Mart 10:05
19 Mart 23:00
Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.