Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb Hadisə

Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb

Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Məlumata görə, Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.