Ağcabədidə yol qəzası olub, 4 nəfər xəsarət alıb Hadisə

Ağcabədidə yol qəzası olub, 4 nəfər xəsarət alıb

Ağcabədidə yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bəhrəmtəpə magistralının Ağcabədi rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.