Yük avtomobili elektrik cərəyanına toxundu, sürücü öldü Hadisə

Yük avtomobili elektrik cərəyanına toxundu, sürücü öldü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Xalqcebhesi.az Report-a istinadla xəbər verir ki,hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki,1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb,arxa kuzanı qaldırarkən kuza 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.Sürücü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.