Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb Hadisə

Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Aprelin 6-ı 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 16.12.1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən xəbər verilib.

Ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.