Yardımlıda mal-qara otaran şəxs qayalıqdan yıxılaraq ölüb Hadisə

Yardımlıda mal-qara otaran şəxs qayalıqdan yıxılaraq ölüb

Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Peştəsər kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu aprelin 6-da yaşadığı kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə aparılıb. O dünən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.