Sabirabadda güclü yanğın nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb Hadisə

Sabirabadda güclü yanğın nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb

Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.

Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Ələddin Xalid oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 160 kvadrat metrlik ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma aparılır.