Gəncə-Şəmkir yolunda avtomobil aşıb Hadisə

Gəncə-Şəmkir yolunda avtomobil aşıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü F.Abuşov yüngül xəsarət alıb, avtomobil yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.