Şərurda 36 yaşlı kişi faciəvi şəkildə öldü Hadisə

Şərurda 36 yaşlı kişi faciəvi şəkildə öldü

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.

Xalqcebhesi.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Rahib Valeh oğlu Əliyev elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.