Gəncədə qidadan zəhərlənən 6 nəfər evə buraxılıb Hadisə

Gəncədə qidadan zəhərlənən 6 nəfər evə buraxılıb

Bu gün saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

“Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda vurğulanıb.