
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Naxçıvan şəhərinin Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Xalqcebhesi.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 4 kvadratmetr hissəsində yataq dəsti yanıb, 24 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Vəli Şuqeyib oğlu Hüseynov həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.