Fəlsəfə və Sosialogiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri... Hadisə

Fəlsəfə və Sosialogiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri...

Bəzi kitabları Türkiyə və Özbəkistanda nəşr olunsa da, indiyədək ana dilində on beşə yaxın elmi kitabı işıq üzü görüb. Onlardan- “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” və “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” adlı iki kitabı respublikamızın banisi Məhəmməd Əminə həsr olunub. Digərləri isə milli ideologiyamızdan, Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixindən, eləcə də turançılıqdan bəhs edir...

Deyir ki:- “Türküçülük geniş anlayışdır. Ancaq onun yeni dövrdə məhz dövlətçilik anlamında gerçəkləşməsi və bayrağımızda əksini tapması Rəsulzadənin ideyası və onun gerçəkləşdirdiyi bir məsələ idi. Bu mənada Cümhuriyyət Turan ideyasının da bir nümunəsi idi. Məhəmməd Əmin Rəsulzadə çox haqlı olaraq deyirdi ki, vahid türk dövləti deyil, müstəqil türk dövlətləri yaranmalı və onlar yaxın gələcəkdə məhz federasiya konfederasiya halında yeni bir ittifaq halında olmalıdır. Bu gün Türk Dövlətləri Təşkilatı ortadadır. Digər məqam Cümhuriyyətə Azərbaycan adının verilməsi idi və bu təsadüfi deyildi. Min illərdən gələn bir zərurət idi. Cümhuriyyətimizə Azərbaycan adını verməklə, əslində, bütöv Azərbaycan ideyası ortaya çıxdı. Azərbaycançılıq təkcə türkləri deyil, ölkəmizdə yaşayan digər etnik qrupları da birləşdirdi. Rəsulzadə yeni dönəmdə türk dövlətçiliyinin nümunəsini ortaya qoydu. Dövlət-xalq-hakimiyyət bütünləşməsi həmin dövrdə zəruri idi və bu gün də olduqca önəmli məsələdir. Çağdaş dövlətçilik və Rəsulzadə irsi mütləq gənclər tərəfindən öyrənilməlidir. Ümid edirəm ki, yeni nəsil bunları öyrəndikcə, həm Türk dünyasında öz yerini görəcək, bütöv Azərbaycanın nə olduğunu anlayacaq, həm də çağdaş dövrdə dövlətçiliyi daha yaxşı mənimsəyəcəklər.”

Haqqında söhbət açdığm AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində dünyaya gəlib. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olub,1998-ci ildə isə oranı bitirdikdən sonra Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib. 2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib...

"Məhəmməd Əmin Rəsulzadə XX əsr çağdaş Azərbaycan tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, dövlətçiliyinin əsas simalarından biridir. Onun irsinin öyrənilməsi çox önəmlidir. Rəsulzadənin irsi yaxın dövr Azərbaycan tarixinin, mədəniyyətinin, fəlsəfəsinin, dövlətçiliyinin irsi deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının, bayrağımızın meydana çıxmasının, həmçinin idarəetmə quruluşunun, parlamentli idarəetmə üsulunun da müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Türk və islam dünyasında demokratik parlamentli Cümhuriyyət qurmaq da məhz Məhəmməd Əmin Rəsulzadə ideyalarının nəticəsi idi."- söyləyir.

O, 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışıb. Daha doğrusu "Millət", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi də fəaliyyət göstərib. Hazırda bir sıra qəzet, sayt və jurnallarda elmi-publisistik, fəlsəfi-ideoloji məqalələri ilə çıxış edir...

Deyir ki:- “Bu gün türk dünyasının əsas problemi onların bir araya gəlib ciddi birliklər yarada bilməməsidir. Doğrudur, son illərdə bu sahədə müəyyən irəliləyişlər var. Türk soylu dövlətlərin parlamentlər assambleyasının yaradılması, türkdilli dövlətlərin sammitinin keçirilməsi və s. Həmçinin müəyyən qurumların yaradılması da bu sahədə atılan addımlar sırasındadır. Lakin təəssüf ki, bu qurumların mövcudluğu o qədər də hiss olunmur. Başqa ciddi problem isə bu 20-25 il ərzində ortaq əlifbanın yaradıla bilməməsidir. Eyni zamanda biz hələ də ortaq tariximizi yazmağa müvəffəq olmamışıq. Bundan əlavə bu gün türk dünyasının əsas problemi onların bir araya gəlib ciddi birliklər yarada bilməməsidir. Doğrudur, son illərdə bu sahədə müəyyən irəliləyişlər var. Türk soylu dövlətlərin parlamentlər assambleyasının yaradılması, türkdilli dövlətlərin sammitinin keçirilməsi və s.. Həmçinin müəyyən qurumların yaradılması da bu sahədə atılan addımlar sırasındadır. Lakin təəssüf ki, bu qurumların mövcudluğu o qədər də hiss olunmur.”

Faiq Ələkbərlinin müsbət xüsusiyyətləri çoxdur. Dostları onu mərd, insanpərvər, qayğıkeş bir adam kimi tanıyır. Necə deyərlər, sözündə bütöv, öz mövqeyi olan, xarakterli adamdır. Yorulmadan çalışmağı, nəticə qazanmağı, özünü ifadə etməyi bacarır. Apreli 12-də Dünya Aviasiya və Kosmonavtika Günündə onun 48 yaşı tamam olur. Bu münasibətlə hörmətli alimimizi təbrik edir, möhkəm cansağlığı, elmi nailiyyətlər arzulayıram.

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu