Şamaxı və İsmayıllıda zəlzələ oldu Hadisə

Şamaxı və İsmayıllıda zəlzələ oldu

16:03

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub.

Zəlzələ 3 bal gücündə hiss olunub.

***

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.