
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hunday” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.