Bakıda itkin düşən 4-cü sinif şagirdi tapıldı: harada imiş? Hadisə

Bakıda itkin düşən 4-cü sinif şagirdi tapıldı: harada imiş?

22:21

Bakıda 4-cü sinif şagirdi itkin düşüb.

Xalqcebhesi.az xəbər verir ki, Ayxan Zəfər oğlu Elizadədən təxminən 4 saatdır xəbər tutmaq mümkün deyil.

Onun son dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.

Ayxan evdən çıxan zaman fotoda əks olunan geyimdə olub.

Görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, aşağıdakı nömrələrlə dərhal əlaqə saxlasınlar: Tel: +994 77 733 05 05

***

Paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən “Play station” oyun salonunda tapılıb. Onun itkin düşməsində kriminal tərkib yoxdur.

Bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.