Bakıda mağazaya bitişik tikili yandı - Video Hadisə

Bakıda mağazaya bitişik tikili yandı - Video

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik tikili yanıb.

Xalqcebhesi.az xəbər verir ki, hadisə “Həzi Aslanov” metrostansiyası yaxınlığında, M.Hadi küçəsi, 73 a ünvanında qeydə alınıb.

Ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik: