

Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb.
Gəncədə küçədən meyit tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü S.Məmmədovun meyiti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, S.Məmmədov ürəktutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.