

Ağdamda 35 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Birinci Dördyol qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Kəlbəcər rayonu Zülfüqarlı kənd sakini 1990-cı il təvəllüdlü Niyaməddin Bayramov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Fakt araşdırılır.