Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM Hadisə

Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı 1,5 milyon manat ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb.