

Masallıda itkin düşən 14 yaşlı qızın axtarışları aparılır.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallıda 14 yaşlı L.T-nin itkin düşmə barədə polisə məlumat daxil olub. L.T aprelin 12-də, saat 20 radələrində rayonun Banbaşı kəndində babasına məxsus yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.