
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 13:32-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 72 kilometr, maqnitudası isə 3,3-dür.