Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub, araşdırma aparılır Hadisə

Azərbaycan Ordusunun hərbçisi avtoqəzada həlak olub, araşdırma aparılır

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

Bu barədə Xalqcebhesi.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib.