Gəncədə 6 nəfər qidadan zəhərləndi Hadisə

Gəncədə 6 nəfər qidadan zəhərləndi

Gəncədə 6 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xalqcebhesi.az xəbər verir ki, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü N.Cabbarova, 2001-ci il təvəllüdlü J.Tamirazova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva, 2005-ci il təvəllüdlü F.Cabbarov və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.