Maşınında 29 kq marixuana olan narkotacir tutuldu - Foto Hadisə

Maşınında 29 kq marixuana olan narkotacir tutuldu - Foto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.

Nazirliyin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.