FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO Hadisə

FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

"Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb", məlumatda deyilir.

***

10.22

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bilidirlib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

"Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir".

FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub - VİDEO  - YENİLƏNİB