Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO Hadisə

Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

APA-nın Şimal bürosu xəbər verir ki, intensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel Şabran şəhərində fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO