

18 Aprel 19:52
Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.
O qeyd edib ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir:
“Ələtdən Osmanlı istiqamətində olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir".