

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.
İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.