

Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki təşkilatlar tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin və idarə olunmasının audini aparıb.
Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.
Auditin mәqsәdi 2022-2023-cü illәr üzrә “İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsi publik hüquqi şәxs vә tabeliyindәki tәşkilatlar tәrәfindәn dövlәt vәsaitinin vә әmlakının istifadәsinin vә idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğuna dair yetәrli audit sübutlarını toplamaqla mövcud vәziyyәti müәyyәn etmәk olub.
2022-2023-cü illәrdә İdarә tәrәfindәn "Mәnzil vә kommunal tәsәrrüfatı" vә "Mәdәniyyәt, incәsәnәt, informasiya, bәdәn tәrbiyәsi, gәnclәr siyasәti vә bu qәbildәn olan digәr fәaliyyәt" funksional bölmәlәri üzrә dövlәt sifarişlәri xәrclәrinin maliyyәlәşdirilmәsinә görә tәlәbat hazırlanarkәn “Dövlәt büdcәsinin tәrtibi vә icrası Qaydaları”nın 2.2-ci bәndinin tәlәblәri gözlәnilmәmiş, bölmәlәr üzrә müvafiq olaraq 1735336,0 manat vә 863661,0 manat mәblәğindә vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilmiş, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320551,24 vә 1405448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmamışdır.
İdarә tәrәfindәn 2022-ci vә 2023-cü illәr üçün “İllik satınalma planı” tәsdiq edilmәmiş, 2022-ci ildә 28 halda o cümlәdәn, 21 halda kotirovka, 7 halda açıq tender proseduru ilә keçirilmiş satınalma prosedurları üzrә ehtimal olunan qiymәt cәdvәllәri tәsdiq edilmәmiş, mәnbәyi bilinmәyәn vahid qiymәt yazılaraq ehtimal olunan qiymәt kimi göstәrilmişdir. Eyni zamanda, müvafiq satınalma prosedurları nәticәsindә bağlanmış müqavilәlәr dövlәt satınalmalarının vahid internet portalında yerlәşdirilmәmişdir.
İdarә tәrәfindәn “Yaşanıla bilәn vә Dayanıqlı İrs Şәhәrlәri” mövzusunda keçirilmiş beynәlxalq konfrans çәrçivәsindә xarici qonaqlar üçün aviabiletlәrin alınması xәrclәri üzrә 33012,4 manat, mehmanxana xәrclәri üzrә 16138,0 manat satınalma proseduru keçirilmәdәn xәrc edilmişdir. Eyni zamanda, İdarәnin Elmi Mәdәni Mәrkәzi tәrәfindәn 2022-ci ildә "Dövlәt satınalmaları haqqında" Qanunun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn "Nәqliyyat vasitәlәrinin cari tәmiri" xәrc maddәsindәn 14000,0 manat, "İcarә vә muzdlu xidmәtlәr" xәrc maddәsindәn 6440,0 manat turekskursiya xidmәtinә görә tәchizatçıya ödәnilmişdir.